Amsterdamda Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq poçt markası buraxılıb

Amsterdamda Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq poçt markası buraxılıb
  • Cəmiyyət

  • Niderland Krallığının paytaxtı Amsterdamda yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə bu ölkədə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq poçt markası buraxılıb.

    Diasporla İş üzrə Dövlət Komitəsindən LEQAL.AZ-a bildiriblər ki, “Azərbaycanın inciləri” layihəsi çərçivəsində çap olunan markanın üzərində Birinci Qarabağ müharibəsi zamanı Şuşanın müdafiəsi uğrunda döyüşlərdən birində şəhid olan yəhudi Albert Aqarunovun şəkli təsvir edilib. Markalar Niderlandın rəsmi poçt rabitəsinin “PostNL” milli operatoru tərəfindən çap edilib.

    S.Rəvanqızı bildirib ki, məqsədi niderlandlıların diqqətini Azərbaycanın hər zaman multikultural və tolerant ölkə olmasına, burada bir ailə kimi yaşayan bütün millətlərin ölkəmizin inkişafına töhfələrini verməklə yanaşı, düşmənə qarşı bir yumruq kimi birləşməsinə cəlb etməkdir.

    Qeyd edək ki, bundan əvvəl sözügedən layihə çərçivəsində dahi siyasi xadim və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə, “Xarıbülbül” çiçəyinə, Xalq rəssamı Sakit Məmmədovun əsərlərinə həsr olunmuş poçt markaları buraxılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər