Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində həlak olanların sayı 19-a çatıb

Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində həlak olanların sayı 19-a çatıb
  • Cəmiyyət

  • Ermənistan ordusunun Bərdə şəhərini raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı 19-da çatıb.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.

    Məlumatda bildirilib ki, oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər