Ulu Öndər Heydər Əliyevin irsi tədqiq olunmalıdır

Ulu Öndər Heydər Əliyevin irsi tədqiq olunmalıdır
  • Cəmiyyət

  • Bu gün bütün istiqamətlər üzrə əlilə olunan uğurların təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.

    Bəşəriyyət yarandığı gündən çox böyük şəxsiyyətlərə, sərkərdələrə, onların əldə etdikləri şanlı qələbələrə şahidlik edib, bu şəxsiyyətlərin qurub-yaratdıqları, miras qoyduqları dövlətçilik ənənələri, intibah xalqlarının gələciyinə işıq tutub, onların bəlkədə yüz illər sonrakı tarixdə mövqeyini müəyyənləşdirib. Məhz buna görə də belə şəxsiyyətlər tarixdə dahi, öndər, lider kimi öz layiqli yerlərini tutublar. Onların yaratdıqlarını, zəngin, böyük irsini araşdıranda, haqqında danışanda isə bir sual daim müzakirə mövzusu olub, cavabını axtarıb: yaşadığı dövrün gerçəkləri, tarixi reallıqlar şəxsiyyətləri formalaşdırır, yoxsa böyük, güclü, qüdrətli şəxsiyyətlər öz tarixini yaradır

    Təbii ki, bu sualın cavabı müxtəlif zamanlarda yaşayıb yaradan şəxsiyyətlərlə əlaqədar olaraq müxtəlif, fərqli ola bilər, lakin Azərbaycan xalqlarının Ümumilli lideri Heydər Əliyev barədə danışarkən bu mübahisələrə birmənalı olaraq nöqtə qoymaq olar. Heydər Əliyev həm də tarixi yaradan səxsiyyətdir!

    O, özü bir tarix, salnamə yaratmış zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Bu gün isə onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız yox, bütün region xalqları, böyük İslam dünyası və türk xalqları faydalanır. Elə buna görə də, Ulu öndərimizin adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla yad edilir.

    Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümumilli liderimiz bu günki müstəqil Azərbaycan memarıdır.

    İlk hakimiyyət dönəmindən Ulu öndər sənayenin inkişafi, iqtisadiyyatın yenidən dirçəldilməsi yönündə, mühüm addımlar atmaqla digər sahələrin inkişafına geniş şərait yaradıldı. Eləcə də Azərbaycan dilinin həqiqi dövlət dili statusu əldə etməsi yönündə yorulmaz və ardıcıl fəaliyyət göstərdi. Azərbaycan dilinin idarəcilikdə geniş tətbiqi, fikir, düşüncə sahiblərinin, yaradıcı insanların keçmiş, ittifaq miqyasında yubileylərinin keçirilməsi, elmi, ədəbi, mədəni abidələrin planlı şəkildə tətqiqi və nəşri Ulu Öndərin milli dövlətçiliyimizin ideoloji əsaslarının möhkəmlənməsi istiqamətində məqsədyönlü fəaliyyətinin praktik səmərəli nəticəsidir.

    Ölkədaxili sabitlik qorundu, xarici siyasət strategiyası Azərbaycanı dünya siyasətinin layiqli təmsilçilərindən birinə çevirdi. Ulu öndər İqtisadiyyatımızın banisidir. Öndərimizin öz dövründə Azərbaycanı bütün dünyaya tanıtdı. Həm siyasi həm iqtisadi olaraq dünya Azərbaycanı tanıdı. Ulu öndərin ölkəmiz üçün misilsiz xidmətlərindən söhbət edərkən onun Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayği barədə danışmamaq olmaz. Hər zaman gənclərə öz potensialının həyata keçirməsi üçün şərait yaradilıb .Azərbaycanın inkişafını heç vaxt gənclərsiz təsəvvür etmir, gəncliyin parlaq zəkasını, qaynar və tükənməz enerjisini Vətənimizin hərtərəfli yüksəlişinə səfərbər etdirdi.

    Bir sözlə, məhz Ümumilli liderimiz Heydər Əliyevin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib. Ölkəmiz Heydər Əliyev siyasi kursu ilə imanla addımlayır .Bizlər, bu millət, xalq, dövlət Heydər Əliyevin siyasi irsindən inkişaf və rifah naminə hər zaman faydalanacağıq.

    Hedər Əliyev irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaqdır.

    Müəllif: Aytən Abuşova,
    Masallı rayon Təzəkənd kənd.
    PAYLAŞ:

    Oxşar xəbərlər