-Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir,-deyə, bunu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cəınab İlham Əliyev bildirib.
Dünyada tanınan sərkərdə bundan əvvəl, noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından bəyan etdiyi sözlər-“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir!.. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” xalqımızın 28 illik Qarabağ yarasına məlhəm oldu, əvvəlki sevinclərimizə sevinc qatdı, xoşbəxtliyimizi, milli birliyimizi bütövləşdirdi. Elə dövlət başçısı özü də atası, Ümummilli Lider Heydər Əliyevin Şuşanın işğaldan azad edilməsilə bağlı vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. Böyük fəxarətdir ki, övlad ata vəsiyyətini yerinə yetirib. Ölkə başçımız hər bir vətəndaşın Prezidenti olacağını bütün dünyaya sübut etdi.Bundan böyük sevinc ola bilməz.
Ümumilli Lider Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi, dilbər guşələrindən biri olan Şuşa şəhərinə böyük qayğı göstərərək daim onun inkişaf etməsinə səy edirdi. Ümummilli Lider Şuşaya adi bir yer kimi deyil, böyük və zəngin tarixi olan abidə, Azərbaycan xalqının qəhrəmanlıq timsalı kimi baxırdı. Mənim çox yaşım var. Mənimlə yaşıd olan insanlar 70-ci illəri yaxşı xatırlayırlar. Həmin vaxtlar, 1970-ci illərin ikinci yarısında, Azərbaycan Kommunist Partiyasının Birinci katibi kimi fəaliyyət göstərən Heydər Əliyevin bilavasitə, özünün təşəbbüsü və rəhbərliyi ilə iclaslarda Şuşanın inkişafı ilə əlaqədar bir neçə dəfə xüsusi qərarlar qəbul edilmişdi. İndi isə onun siyasi varisi, ölkə Prezidenti, Qələbələr Komandanı cənab İlham Əliyev Şuşanı 30 ilə yaxın bir vaxtdan sonra xalqımıza bəxş etdi, milli ruhumuz təzələndi, qəlbimizdə, gənclərin ürəyində olan hərbi vətənpərvərlik hissi daha da alovlandı.
Ermənilər tərəfindən dağıdılmış, viranəyə dönmüş bütöv Qarabağ, Şuşa təzədən bərpa olunur.
Prezident İlham Əliyev onu sevən Vətən övladlarına Vətəni necə sevməyi öyrətdi. Bir də xain ermənilər Vətən torpağımıza göz dikə bilməyəcək…
Allah ölkə rəhbərimizi, ölkəmizi daha güclü və qüvvətli eləsin!!!
Müəllif: Hacı Heybət Şərif oğlu Şükürov,
Masallı rayonu, Qasımlı kəndi.