“Dmanisi rayonunda baş vermiş qarşıdurma ilə bağlı hələ heç kim həbs olunmayıb”.
LEQAL.AZ “report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qarşıdurmada iştirak edən bir neçə şəxs hazırda polis bölməsində saxlanılır və onlar dindiriləndən sonra sərbəst buraxılacaqlar: “İnsidentlə bağlı istintaq davam etdirilir”.
DİN başçısı qeyd edib ki, tərəflər arasında mübahisə başa çatıb və barışıq əldə olunub.
V.Qomelauri əlavə polis qüvvələrinin bu gecə ərzində Dmanisidə qalacaqlarını bildirib.
LEQAL.AZ