ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 87 mina aşkarlanıb

ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 87 mina aşkarlanıb
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

    ANAMA-dan LEQAL.AZ-a bildiriblər ki, mayın 10-dan 16-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 82, tank əleyhinə 5 mina və 24 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

    Həftə ərzində 139,5 hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
    PAYLAŞ:

    Oxşar xəbərlər