"Sağlam həyat tərzinin düsturu” mövzusunda seminar keçirilib

"Sağlam həyat tərzinin düsturu” mövzusunda seminar keçirilib
  • Cəmiyyət

  • Aprelin 27-si Azərbaycan İdman Könüllüləri ictimai birliyinin və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə "Sağlam həyat tərzinin düsturu” mövzusunda onlayn seminar keçirildi.

    Diyetoloq-həkim Leyla Zülfüqarlı çıxışında karbohidratlardan, stabil qidalanmadan və düzgün yuxu rejimi haqqında məlumat verdi.

    Sağlam həyat tərzi sürməyin yeniyetmə orqanizmi üçün vacibliyini vurğulayan mütəxəssis sağlam qidalanma ilə yanaşı, fiziki aktivliyin də əhəmiyyətli olduğunu bildirdi.

    Kiloya görə maye miqdarının hesablanma qaydasından bəhs edən Leyla Zülfüqarlı suyun insan orqanizminə müsbət təsirindən danışdı.

    Seminarın sonunda könüllüləri maraqlandıran suallar cavablandırıldı.

    Müəllif: LEQAL.AZ


    PAYLAŞ:

    Oxşar xəbərlər