Son sutka ərzində neçə nəfər vaksinasiya olunub?

Son sutka ərzində neçə nəfər vaksinasiya olunub?
  • Cəmiyyət

  • Bu gün Azərbaycanda 16 090 nəfərə vaksin vurulub.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 830, ikinci mərhələdə isə bu rəqəm 7 260 nəfər təşkil edib.

    Bu günə qədər Azərbaycanda ümumilikdə 1 412 481 ədəd vaksin vurulub.

    Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 934 906  nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 477 575 olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər