Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir

Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
  • Cəmiyyət

  • 26 oktyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı Boradigah qəsəbəsi ərazisində 2 nəfər qəsəbə sakini karantin qaydalarını pozduğu üçün hər biri 100 manat olmaqla ümumilikdə 200 manat məbləğində cərimə olunmuşlar. Rayon ərazisində reydlər davam etdirilir.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər