İki aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunaraq saxlanılıb

İki aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunaraq saxlanılıb
  • Cəmiyyət

  • COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 28-də və aprelin 1-də polis əməkdaşları tərəfindən respublika ərazisində 2 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar olunaraq saxlanılıb. Həmin şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.

    Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

    Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən Ağcabədi şəhər sakini F.İsmayılov barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

    Digər vətəndaş barəsində araşdırma davam etdirilir.

    Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət –profilaktik tədbirləri davam etdirir. DİN bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırır.
    PAYLAŞ:

    Oxşar xəbərlər