Həmyerlimiz, əslən Masallı rayonundan olan coğrafiya fənni üzrə ali dərəcəli müəllim, ali dərəcəli metodist Soltanağa Cəfərovun və tanınmış coğrafiya müəllimi Fərəc Cəfərovun, “Qarabağ Azərbaycandır! İşğaldan azad olunmuş rayonlarımızın coğrafi icmalı” adlı kitabı çapdan çıxmışdır.
Bu kitabda uzun illər həsrətini çəkdiyimiz, doğma ölkəmizin ayrılmaz hissəsi olan “Qarabağ Azərbaycandır!”, erməni işğalından azad olunmuş rayonlarımızın coğrafiyasının işlənilməsi,çağdaş dünyamızın tələblərindən irəli gələn,aktuallığı ilə seçilən bir icmala geniş yer verilməsi təqdirəlayiqdir.
Eyni zamanda, 30 il müddətində, erməni işğalı nəticəsində, 44 günlük Vətən müharibəsində, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun,bütün dünyaya güclü ordu olmasını və Qarabağı, mənfur ermənilərin işğalından azad etmələri, doğma Azərbaycanımızın haqq işinin qalib gəlməsini sübut etməsi,hər bir azərbaycanlıda qürur hissinin formalaşmasına xidmət edəcəkdir.
Kitabda, işğaldan azad olunmuş, ayrı-ayrı rayonların fiziki və iqtisadi baxımdan verilməsi ilə yanaşı həmin rayonların təbii resursları və Qarabağda yeni iqtisadi dövrün başlanması barədə geniş məlumat alacaqları baxımından,çox mühüm əhəmiyyət kəsb etməsi və aktuallığı ilə dəyərlidir.
Əlihüseyn ŞÜKÜROV.