Kürdəmirdə Vətən müharibəsi şəhidinin xatirəsinə tikilən bulağın açılışı olub - FOTO

Kürdəmirdə Vətən müharibəsi şəhidinin xatirəsinə tikilən bulağın açılışı olub - FOTO
  • Cəmiyyət

  • Kürdəmir rayonunda şəhid Şiralı Səlimovun xatirəsinə tikilən bulağın açılışı olub.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bulaq Ağsu-Kürdəmir-İmişli magistral yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində yol kənarında yerləşir.

    Şəhidin ailəsinin vəsaiti və kənd camaatının köməyi ilə ərsəyə gələn bulağın açılış mərasimində rayon rəsmiləri, kənd camaatı və şəhidin ailə üzvləri iştirak edib.

    Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqlarından söhbət açılıb.

    Şəhidin atası Vüqar Səlimov onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

    Kənd ziyalısı Zeynal Səfərov isə deyib ki, bu kimi tədbirlərin keçirilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi gənclərdə və yeniyetmələrdə vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olur.

    Qeyd edək ki, şəhid Səlimov Şiralı Vüqar oğlu 2000-ci ildə Kürdəmir rayonunun Sor-Sor kəndində anadan olub. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrutun və bir sıra yüksəkliklərin işğaldan azad olunmasında iştirak edib. Onun son döyüşü Şuşanın işğaldan olunması uğrunda olub. Həmin döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər