Martın 25-də Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində suyun səviyyəsində 9, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay-Çaykənd məntəqəsində 18, Zəyəmçay-Ağbaşlar məntəqəsində isə 15 santimetr artım qeydə alınıb. Bununla yanaşı, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançay-Sifidor məntəqəsində suyun səviyyəsində 6, Viləşçay-Şıxlar məntəqəsində 3, Təngərüdçay-Vaqo məntəqəsində isə 2 santimetr azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, martın üçüncü ongünlüyünün norması ilə müqayisədə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq normanın 124, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda normanın 158-244, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay və Viləşçayda isə normanın 36 faizini təşkil edir.
Martın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 159 kubmetrə bərabərdir ki, bu da ongünlük normadan az olmaqla normanın 52 faizini təşkil edir.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 55 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 49 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb. Belə ki, suyun səviyyəsi Kür çayının Şirvan məntəqəsində 8 santimetr azalaraq 123, Bankə məntəqəsində 26 santimetr artaraq 133, Surra məntəqəsində 4 santimetr azalaraq 325, Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 6 santimetr azalaraq 66 santimetr olub.