Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək
  • Cəmiyyət

  • Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov oktyabrın 30-da saat 15:00-da vətəndaşların videoqəbulunu keçirəcək.
    DMX-dən LEQAL.AZ-a bildiriblər ki, videoqəbulda iştirak etmək istəyən vətəndaşlar Xidmətin rəsmi internet səhifəsi (https://migration.gov.az/contacts/appointment) vasitəsilə qəbula yazıla bilərlər.
    Qəbula yazılanlar şəxsiyyət vəsiqəsini (əcnəbi olduğu təqdirdə yaşama icazəsi və ya xarici pasportu), nümayəndə müraciət etdikdə isə bunu təsdiqləyən rəsmi sənədləri təqdim etməlidir.
    Müraciətin səbəbi aydın və ətraflı göstərilməlidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər