Daha 4 müəssisədən Rusiya Federasiyasına pomidor ixracına icazə verilib

Daha 4 müəssisədən Rusiya Federasiyasına pomidor ixracına icazə verilib
  • Cəmiyyət

  • Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması sahəsində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

    Məsələ ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında aparılan müzakirələr, habelə təsərrüfatlarda həyata keçirilən birgə videomonitorinqlər və məhsullardan götürülən nümunələrin ekspertizası nəticəsində martın 17-dən daha 4 pomidor istehsalı müəssisəsindən (“EKO AQRO” MMC, Rzayev Hüseyn Rahib oğlu, Məmmədov Kazım Məmməd oğlu, Əliyev Fuad Paşa oğluna məxsus müəssisələr) pomidor ixracına icazə verilib.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən LEQAL.AZ-a onu da bildiriblər ki, indiyə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 74 pomidor müəssisəsindən məhsul ixracına icazə verilib.

    Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 229 min 218 ton təşkil edir ki, bu da keçən il ərzində həmin ölkəyə ixrac olunan 179 min 956 ton pomidor məhsulunun 127,3 faizini təşkil edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər