Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 17 halda yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların xilas olunması təmin edilib. Sutka ərzində köməksiz vəziyyətdə qalmış 3 nəfər, eləcə də intihara cəhd edən 1 nəfər xilas olunub.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.