Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini uğurla davam etdirir.
FHN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 4 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb, bağlı qapı arxasında qalmış 1 nəfərin meyiti isə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.