Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini uğurla davam etdirir.
FHN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, FHN-in 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 41 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərazində yeddi nəfər xilas olunub. Bağlı qapı arxasında qalmış bir nəfərin cəsədi isə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.