FHN əhalinin və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir

FHN əhalinin və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

    LEQAL.AZ FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 8 diqqətəlayiq yanğın, 4 digər hallarda köməksiz vəziyyətdə qalma (bağlı qapı, lift və sair) və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalan 5 və intihara cəhd edən 1 nəfər xilas olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər