"Yeşilçam"ın məşhur aktrisası Türkan Şoray Azərbaycana dəstəyini nümayiş etdirib.
LEQAL.AZ xəbər verir ki, Türkiyənin məhşur sənətçisi, Türkan Şorayın “Nargis magazine” jurnalının İnstaqram səhifəsində bu sözləri qeyd edilib:
“Azərbaycan xalqı o qədər istiqanlı və dostcanlıdır ki…Ölkəniz mənim üçün ikinci evim kimidir. Bunlar sözgəlişi ifadələr deyil. Bu həqiqətən belədir. Azərbaycana gəldikdə biz özümüzü doğma vətənimizdəki kimi hiss edirik".