Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq antikorrupsiya sertifikatının alınması işlərini bu il başa çatdıracaq

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq antikorrupsiya sertifikatının alınması işlərini bu il başa çatdıracaq
  • Cəmiyyət

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) anti-korrupsiya siyasəti və korrupsiyaya qarşı fəaliyyət sertifikatını (İSO 37001) almaq üçün ötən ilin ortalarından müvafiq işlər aparır.

    Nazirlikdən LEQAL.AZ-a bildirilib ki, ilk mərhələdə xidmətin əməkdaşları təşkilatın “İSO 37001 standartının tətbiqi üzrə mütəxəssis hazırlığı” təlim kurslarını keçiblər. Növbəti mərhələ kimi, həmin standartın tələblərinə uyğun idarəetmə sisteminin tətbiqi işləri aparılır. Üçüncü mərhələdə isə bu sahədə görülmüş işlərin beynəlxalq akkreditasiyaya malik təşkilat tərəfindən qiymətləndirilməsi aparılacaq və müvafiq sertifikatla təsdiq ediləcək.

    Korrupsiyanı aşkarlamaq, qarşısını almaq və aradan qaldırmağa kömək etmək üçün bir sıra mexanizmləri özündə ehtiva edən İSO 37001 sertifikatlaşdırılmış idarəetmə sistemi korrupsiya risklərini aradan qaldırmaq üçün təşkilatlara praktik müstəvidə doğru təlimat, prosedur və siyasət dəstəyini təmin edir.

    Sertifikatın alınması işlərinin bu il başa çatdırılması nəzərdə tutulur.
    PAYLAŞ:

    Oxşar xəbərlər