Bakıda evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən LEQAL.AZ-a verilən məlumata görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, ümumi sahəsi 100 m² olan ikimərtəbəli evin mətbəxində tavan 6 m² sahədə yanıb.
Yüksək temperaturdan plastikdən ibarət qapı və üç ədəd məişət avadanlığı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.