Bakının Xəzər rayonunda ümumi sahəsi 300 m² olan (hər mərtəbəsi 150 m²) ikimərtəbəli evin mansardının yanar konstruksiyaları 120 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən LEQAL.AZ-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.