Karantin postlarından sərbəst keçməsi üçün 1190 nəfəri qanunsuz işə götürən şirkət rəhbəri saxlanılıb

Karantin postlarından sərbəst keçməsi üçün 1190 nəfəri qanunsuz işə götürən şirkət rəhbəri saxlanılıb
  • Cəmiyyət

  • Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şirkət təsisçisi və direktoru olan Bakı şəhər sakini S.Hüseynzadənin 1190 nəfərin karantin postlarından sərbəst hərəkət etmələri üçün onları 10-50 manat məbləğində pul müqabilində öz şirkətinə qanunsuz olaraq işə götürməsi müəyyənləşdirilib.

    DİN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər