LEQAL.AZ-ın əldə etdiyi məlumata görə, Masallı rayonunun Qasımlı kəndindən olan gənc və istedadlı heykəltəraşlar - Akşin və Müstəqil Balayev qardaşları Tovuz hadisələrində şəhid olanların xatirəsinə heykəl, barelyef hazırlayıblar.
Xatırladaq ki, Akşin və Müstəqil Balayev qardaşları Qasımlı kəndindən olan heykəltəraş İlqar Balayevin övladlarıdır.
Bu qardaşlar öz bacarıq və istedadlarını ortaya qoyaraq şəhidlərimizin heykəl, barelyefini yaradıblar.
Azərbaycan Silahlı Qüvvələrinin General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir Yşar Babayev, gizir İlqar Zeynallı, çavuş Vüqar Sadıqov, mayor Namiq Əhmədov, hərbi qulluqçu Elçin Mustafayev, baş əsgər Elşad Məmmədov, əsgər Nazim İsmayılov, əsgər Xəyyam Daşdəmirov, şəkilərindən ibarət barelyef hazırlanıb.
Onlar, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmənlə sona qədər vuruşan qəhrəmanlarımızdır.
Allah bütün şəhidlərmizi rəhmət eləsin!