17-10-2020, 17:32
Oxunma sayı:
400
Cəmiyyət
Oktyabrın 17-də “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Gəncə şəhərində olub və Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində dağıdılmış evlərə baş çəkib.
ASC-dən LEQAL.AZ-a bildirilib ki, V.Əhmədova hadisə nəticəsində şəhərin elektrik enerjisi təsərrüfatına dəymiş ziyan barədə məlumat verilib. Sədr isə öz növbəsində dəymiş ziyanın tez bir zamanda aradan qaldırılmasını üçün ərazidə işləyən “Azərişıq” ASC-nin əməkdaşlarına tapşırıq və tövsiyələrini verib.
Həmçinin bildirilib ki, ərazini 24 saat fasiləsiz keyfiyyətli elektrik enerjisi təchiz etmək üçün əraziyə yeni yüksəkgərginlikli xəttin çəkilişi nəzərdə tutulur.
Qeyd edək ki, hadisə yerində V.Əhmədovla birgə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev də olub.
Xatırladaq ki, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya ilə atəşə tutması nəticəsində 14 nəfər həlak olub, 55 nəfər yaralanıb.