Ağcabədidə meydanda quraşdırılan şam ağacı işğaldan azad olan rayonların adı ilə bəzədilib

Ağcabədidə meydanda quraşdırılan şam ağacı işğaldan azad olan rayonların adı ilə bəzədilib
  • Cəmiyyət / İqtisadiyyat

  • LEQAL.AZ-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi şəhərinin mərkəzində, Heydər Əliyev meydanında quraşdırılan şam ağacı işğaldan azad olan
    rayonların adı və Azərbaycan-Türkiyənin dövlət bayraqları ilə bəzədilib.

    Uzunluğu 9 metr olan "yolkanın" zirvəsində Dövlət bayrağı dalğalandırılır.

    Vətən müharibəsində  Ağcabədidən olan şəhidlərin - 40 hərbçinin və 1 mülki şəxsin xatirəsinə 41 ədəd xarı bülbül təsviri asılıb. Ağacın zirvəsində isə “Qarabağ Azərbaycandır!”  şüarı yazılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər