Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib
  • Cəmiyyət

  • Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edib.

    İdarədən LEQAL.AZ-a daxil olan müraciətdə bildirilib ki, yollarda qəzaların və digər xoşagəlməz halların baş verməməsi üçün sürücülərin diqqətinə istifadə etdikləri nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirmələrinin vacibliyi çatdırılıb. Bəzi ərazilərdə qar yağması, yolların buz bağlama ehtimalının olması nəzərə alınaraq, belə hava şəraitində sürücülərə qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” əyləc sistemləri ilə təchiz edilməyən köhnə avtomobillərdən mümkün qədər az istifadə etmələri tövsiyə olunub.

    Bildirilib ki, eyni zamanda, nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkət sürətini hava şəraitinə uyğun seçməli, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevrlər və kəskin tormazlama etməkdən çəkinməli, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalıdırlar.

    Piyadalar isə ancaq səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmasınlar və yolları yalnız müəyyənləşdirilmiş yerlərdən keçsinlər.

    Yol polisi bütün hərəkət iştirakçılarını özlərinin və digər şəxslərin həyat və sağlamlığına təhlükə yaranmaması üçün son dərəcə diqqətli olmağa, qaydalara riayət etməyə çağırır.
    PAYLAŞ:

    Oxşar xəbərlər