Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə müraciət edib
  • Cəmiyyət

  • Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə əlaqədar sürücülərə müraciət edib.

    İdarədən LEQAL.AZ-a bildiriblər ki, müraciətdə nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslərin istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməli olduqları qeyd olunub. Məlumat verilib ki, bunun üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki yeni istifadəyə verilmiş Müayinə Mərkəzində, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayonlarının sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər.

    Müraciətdə son aylarda Sabunçu rayonundakı Texniki Müayinə Mərkəzində əsaslı şəkildə aparılan təmir-bərpa işləri nəticəsində orada avtomobillərini texniki baxışdan keçirməyə gələn şəxslər üçün yaradılan şərait xüsusilə qeyd olunub. Bildirilib ki, mərkəzdə görülən işlərin hər biri vətəndaş məmnunluğunu təmin etmək üçün həyata keçirilib. Müayinə məntəqəsinin ərazisində yaşıllıq sahələri salınıb, işıqlandırma sistemləri yenidən qurulub, texniki baxışdan keçməyə gələn avtomobillər üçün ayrıca dayanacaq istifadəyə verilib. Mərkəz ən müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz olunub.

    Qeyd edilən şərait Qaradağ rayonunda yeni istifadəyə verilən Müayinə Mərkəzində, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində, eləcə də Baş İdarənin digər Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində də yaradılıb.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməyən avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır. Bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyət daşıyırlar.
    PAYLAŞ:

    Oxşar xəbərlər