Yaşayış yerlərini tərk edən 51 nəfər aktiv COVID-19 xəstəsi saxlanılıb

Yaşayış yerlərini tərk edən 51 nəfər aktiv COVID-19 xəstəsi saxlanılıb
  • Cəmiyyət

  • COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, dekabrın 14-də polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 51 nəfər aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.

    Onlardan 48 nəfər müvafiq tibbi qaydalar gözlənilməklə evə qaytarılıb, 3 nəfər xəstəxanaya yerləşdirilib. Bundan başqa, 37 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. İstintaq araşdırmaları davam etdirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər