"Ermənistan mülki şəxslərin öldürülməsinin ağır nəticələrini görəcək" - Əhmədov

"Ermənistan mülki şəxslərin öldürülməsinin ağır nəticələrini görəcək" - Əhmədov
  • Cəmiyyət

  • "Ermənistan hakimiyyətinin hərbi və siyasi rəhbərliyi Gəncə və ölkəmizin digər bölgələrində mülki vətəndaşlarımızın xaincəsinə öldürülməsinin ağır nəticələrini görəcəklər".
    LEQAL.AZ Teleqraf.com-un Gəncə bürosunun verdiyi məlumata görə, bu fikirləri Gəncə şəhərində səfərdə olan və raket zərbəsinə məruz qalan əraziyə baş çəkən baş nazirin müavini Əli Əhmədov bildirib.
    "Bu, insanlığa sığmayan qətilləri törədənlər Ermənistanın hərbi və siyasi rəhbərliyidir. Onlar ən ağır cəzalarını alacaqlar, necə ki alırlar. Bizim Ordumuz Azərbaycan hökuməti olaraq bu hərbi cinayəti törədən Ermənistanın hərbi və siyasi rəhbərliyinin beynəlxalq hüquq qarşısında da cavab vermələri üçün əlindən gələni edəcəklər", -deyə Ə.Əhmədov bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər