Koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarını pozaraq Ağsuda kafe işlədən rayon sakini saxlanılıb.
LEQAL.AZ-xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində kafenin rayon sakini 39 yaşlı Əliyev Salman Ədalət oğluna məxsus olduğu müəyyən edilib. Kafe sahibi, kafedəki müştərilər olmaqla ümumilikdə 14 nəfər barəsində İnzibati Xətalar
Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən polis əməkdaşları tərəfindən protokol tərtib edilərək cərimələr tətbiq olunub.
azərtac