Vətən Müharibəsi şəhidi
Elgün Mikayıllının əziz xatirəsinə ithaf edirəm
Gəldi Qarabağa bir əsgər kimi,
Azadlıq uğrunda Səfərbər kimi,
Döyüşdü,vuruşdu, igid-ər kimi
Düşmənin önündə dayandı Elgün.
Düşmənin “erməni xisləti” vardı,
Vətənin azadlıq həsrəti vardı,
Bu yolda “şəhidlik qisməti” vardı,
Bu arzuyla yatdı,oyandı Elgün.
Fizuli-Cəbrayıl artıq qoşaydı,
Azad olmuş yerlər bir tamaşaydı,
Növbədə Xankəndi,Laçın,Şuşaydı...,
Böyük qələbəyə inandı Elgün
Döyüşdü xalqının haqq savaşında,
Arzular qəlbində, sevda başında,
Canın qurban verib cavan yaşında
Müqəddəs qanına boyandı Elgün.
Düşmən zaman-zaman yolunu azdı,
Igid oğullarım qəbrini qazdı,
Qanıyla adını tarixə yazdı,-
Vətənə içmişdi bu andı Elgün.
Tahir Heydərli,
Şair. Masallı rayonu, Xıl kəndi.