Işləməyənlər dövlətdən bu pulu ala bilərlər

Işləməyənlər dövlətdən bu pulu ala bilərlər
  • Cəmiyyət

  • Yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilə bilər. Pensiya yaşına çatan şəxslər əmək qabiliyyəti olmayan hesab edilir. 

    Bu sözləri LEQAL.AZ-a açıqlamasında Pensiya İşləri üzrə hüquq xidmətləri göstərən, Məhərrəməli Həmidov deyib.

    Hazırda 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların tələb olunan stajı və pensiya kapitalı olarsa yaşa görə əmək pensiyası hüququ vardır. Qadınların yaş həddi 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılmaqla 65 yaşına çatdırılacaqdır. 

    Tələb olunan staj və pensiya kapitalı olmadığı halda, bu yaşa çatmış şəxslərə yaşa görə sosial müavinət təyin edilə bilər. Əmək pensiyası hüququ yaranmayan və işləməyən qadınlar 62 yaş, kişilər isə 65 yaşda yaşa görə sosial müavinət almaq hüququna malikdirlər. 5 və daha çox uşaq olduqda isə, yuxarıda qeyd edilən yaş hər uşaqa görə 1 il azaldılır. 

    Bundan əlavə, 01.01.2020-ci il tarixinə kimi 57 yaşı tamam olmuş 3 uşaqlı anaların bu hüququ 57 yaşından yarana bilər. Bu imtiyaz uşaqlara təkbaşına baxmış kişilərə də şamil oluna bilər.

    PAYLAŞ:

    Oxşar xəbərlər