Məhərrəməli Həmidov: Dəfn pulunu kimlər və necə alır

Məhərrəməli Həmidov: Dəfn pulunu kimlər və necə alır
  • Cəmiyyət

  • Dəfələrlə izah etməyimizə baxmayaraq yenə də anoloji suallar verilir. Sadə və ətraflı şəkildə izah etməyə çalışacağam. Dəfn üçün birdəfəlik müavinət hər vəfat edən şəxsə şamil olunmur. Bu müavinət əmək pensiyası alan şəxs vəfat etdikdə ödənilir. 

    Pensiya İşləri üzürə Hüquqşünas, Məhərrəməli Həmidov LEQAL.AZ-a bildirib ki, 

    Müavinətin məbləği minimum əmək pensiyasına uyğun hesablanır. Yəni qanunvericlikdə minimum əmək pensiyasının məbləği artırıldıqda dəfn pulu da artırılır. Hazırda qüvvədə olan qanunvericliyə əsasən minimum əmək pensiyasının məbləği 200 manatdır. Dəfn pulu də həmin minimum pensiyanın 3 misli məbləğində müəyyən edilir. Yəni 200 x 3=600 manat. Bütün vəfat etmiş əmək pensiyaçılarına 600 manat ödənilməlidir. Yəni bu məbləğ pensiya növündən və məbləğindən asılı olaraq dəyişmir.

    Bundan əlavə, bəzi şəxslər var ki, onların əmək pensiyası hüququ yoxdur, lakin dəfn üçün müavinət almaq hüququ yaranır. Məsələn, işsizlikdən sığorta ödənişi, dövlət qulluqçusu olduğuna, yaşa, əlilliyə, sağlamlıq imkanları məhdud və ailə başçısını itirməyə görə müavinət alan şəxslər vəfat etdikdə onlara da dəfn üçün müavinət ödənilməlidir. Bu zaman müavinətin məbləği yuxarıda qeyd etdiyim kimi müəyyən edilməyəcəkdir. Belə hallarda müavinətin məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edlir. Bu müavinətin məbləği hazırda 300 manatdır.

    PAYLAŞ:

    Oxşar xəbərlər