Məhərrəməli Həmidov: Qadınlara 45, kişilərə 50 yaşında pensiya təyin edilə bilər

Məhərrəməli Həmidov: Qadınlara 45, kişilərə 50 yaşında pensiya təyin edilə bilər
  • Cəmiyyət

  • Qadınlara 45, kişilərə 50 yaşında pensiya təyin edilə bilər.

    Bu onların hansı sahələrdə və hansı tarixlərdə işləməyindən asılıdır. Əgər şəxs əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyibsə və tələb olunan sığorta stajını əvvəllər qazanıbsa, onun vaxtından əvvəl güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarana bilər.

    Bu sözləri LEQAL.AZ-a açıqlamasında Pensiya İşləri üzrə hüquq xidmətləri göstərən, Məhərrəməli Həmidov deyib.

    Hazırda qüvvədə olan qanunvericiliyə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

    Bu sahələrdə əvvəllər işləyən qadınların 45, 47, 50 və 52 yaşlarında, kişilərin isə 50, 52, 55 və 57 yaşlarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarana bilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər