Bu ərazilərdə polis postları QURULACAQ

Bu ərazilərdə polis postları QURULACAQ
  • Cəmiyyət

  • Dekabrın 14-dən etibarən Azərbaycan ərazisində beş şəhər və 12 rayonda giriş-çıxışlara məhdudiyyət qoyulacaq. Bununla da həmin ərazilərdə karantin postları yaradılacaq.

    Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib ki, sərt karantin rejimi ilə əlaqədar həmin ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

    Şöbə rəisi bildirib ki, bununla yanaşı, dekabrın 14-dən etibarən sərt karantin tətbiq edilən beş şəhər və 12 rayonun ərazisində də hərəkət məhdudiyyəti tətbiq ediləcək. Həmin ərazidə yaşayan və fəaliyyətinə icazə verilməyən şəxslər yalnız SMS icazə ilə yaşayış yerini müvəqqəti tərk edə bilərlər. Bunun üçün də həmin şəhər və rayonların ərazisində karantin - nəzarət postları quraşdırılacaq.

    Qeyd edək ki, postlar dekabrın 14-də saat 00:00-dan fəaliyyətə başlayacaq.

    PAYLAŞ:

    Oxşar xəbərlər