Hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət və ya xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi pensiya təyin edilir.
Bu sözləri LEQAL.AZ-a açıqlamasında Pensiya İşləri üzrə hüquq xidmətləri göstərən, Məhərrəməli Həmidov deyib.
Əgər ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olarsa həmin məbləğə çatdırılmaqla ödənilməlidir.