Dünyada temperatur artmaqdadır

Dünyada  temperatur  artmaqdadır
  • Cəmiyyət

  • Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının (UNEP) hesabatına görə, koronavirus pandemiyasının səbəb olduğu istixana qazı tullantılarının azalmasına baxmayaraq, dünyada orta temperatur əsrin sonunadək 3°C-dən çox arta bilər.

    LEQAL.AZ xəbər verir ki, hesabata görə, koronavirus pandemiyasının yaratdığı iqtisadi tənəzzül nəticəsində bu il karbon qazı tullantılarının 7 faiz azalacağı gözlənilir. UNEP-in icraçı direktoru İnger Andersenin qeyd etdiyi kimi, 2020-ci ildə gözlənilən emissiya azalması 2050-ci ilədək qlobal istiləşməni yalnız 0,01°C aşağı salacaq.

    O, həmçinin istixana qazı tullantılarının 2019-cu ildə maksimum həddə çatdığını və cari ilin müşahidə tarixində ən isti olacağını bildirib. “Buzlaqlar görünməmiş sürətlə əridiyi bir vaxtda meşə yanğınları, fırtına və quraqlıqlar xaos yaratmaqda davam edir”, - deyə İ.Andersen sözlərinə əlavə edib.

    Hesabatda vurğulanıb ki, pandemiyadan sonrakı “yaşıl” bərpa tədbirləri istixana qazı tullantılarının 2030-cu ilədək 25 faiz azalmasına səbəb ola bilər. Bununla yanaşı, “yaşıl” bərpa tədbirlərinin dünyanın Paris İqlim razılaşması çərçivəsində təyin edilmiş 2°C-yə yaxınlaşmasına zəmin yaradacağı bildirilir.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər