Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakinləri Urfanə Rzayeva və Gülrux Mustafayeva ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanları tərk etmələri müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan LEQAL.AZ-a bildiriblər ki, polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyənləşdirərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndəriblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.