Goranboy rayonunda yaşayış yerini tərk edən koronavirus (COVID-19) xəstələri məsuliyyətə cəlb olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan LEQAL.AZ-a bildiriblər ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan Safıkürd kənd sakini Kəniş Həsənovun və Boluslu kənd sakini Kamil Əliyevin ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib. Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyənləşdiriblər. Həmin şəxslər müvafiq tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndəriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.