Paytaxtın 160-dan çox küçə və prospektində 2200-dən artıq pandus quraşdırılıb

Paytaxtın 160-dan çox küçə və prospektində 2200-dən artıq pandus quraşdırılıb
  • Cəmiyyət

  • Azərbaycanda əlliliyi olan şəxslərin sosial müdafiəsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının bu istiqamətdə sosial siyasətinin tərkib hissəsi olaraq şəhər nəqliyyatında müyəssərliyin təmin olunması məqsədilə son 5 ildə çox əhəmiyyətli işlər görülüb.

    Bakı Nəqliyyat Agentliyindən (BNA) LEQAL.AZ-a bildirilib ki, bu çərçivədə 160-dan çox küçə və prospektdə 2200-dən artıq pandus təşkil edilib. Həmçinin 10-dan çox küçə və prospektdə “İdeal səki” layihəsi icra olunub ki, nəticədə həmin ərazilərdə əsasən görmə imkanları məhdud şəxslər üçün rahat hərəkət imkanı yaradılıb.

    İctimai nəqliyyatda da müyəssərliyin təmin olunması məqsədilə vacib addımlar atılır. Sərnişin avtobusları ilə bağlı norma və standartlarda bu amil mütləq şəkildə nəzərə alınıb. Bu gün marşrut şəbəkəsində 1000-dən çox avtobusda xüsusi panduslu mexanizimlərin olması da məhz bununla əlaqədardır.

    Eyni zamanda, yeni ictimai nəqliyyat infrastrukturları yaradılan zaman da müyəssərlik əsas tələb olaraq nəzərə alınır. Bu mənada “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini göstərmək istərdik. Burada tam formada müyəssərlik təmin edilib. Bundan sonra da yaradılacaq digər bu kimi məkanlarda bu tendensiya saxlanılacaq.


     
    PAYLAŞ:

    Oxşar xəbərlər