CƏFƏR KİŞİNİN EHSANI

CƏFƏR KİŞİNİN EHSANI
  • Cəmiyyət

  • Cəfər kişini qonşu kənddə də yeyib içən kişi kimi tanıyırdılar. Tanıyanlar yaxşı bilirdilər ki, Cəfər kişi yas mərasimini toydan çox sevir. Əslində belə baxanda kişi lap düz edirdi. Bu zalım balası yas yerində (bir, üç, yeddi, qırx və yaddan cixmasa birinci ilində də) bir yaxın adam kimi iştirak edər, iki boşqab iri sümüklü ət, bir dərin boşqab plov, hələ başqa nazu neməti demirəm, yiyər, duranda da iki üç manat siyahıya düşərdi. 

    Toylar isə axır vaxtları şadlıq evlərində olduğundan azı otuz manat nəmər verməliydi Cəfər kişi. Yeməyə də ki , heç nə, blinçik, nazik doğranmış kolbasa və sair. Elə buna görə də Cəfər kişi toyları sevməzdi. Əslində bu xasiyyətinə görə toylara dəvət də almazdı . Bu arada eşitdim ki Cəfər kişi nasazlayib. 

    Bir həftədir ki, arxası üstə dinməz danışmaz uzanıqlı vəziyyətdədir. Axırıncı dəfə, yəni bir həftə əvvəl, dili tutan vaxtı böyük oğlu Quluya tapşırıb ki, a bala mən öləndə yaxşı ehsan verərsən.

    Yazıq Qulu bu sözləri vəsiyyət kimi qəbul etmiş, əvvəlcədən hazırlıq işlərinə başlamışdır. Hazirliq deyəndə, əsas ət məsələsidir ki, birinci gün üçün özünün yüz kiloluq duyəsi varıydı, yeddisinə isə qonşu kənddəki qəssabla danışmış, hətta iki yüz kiloluq congə üçün ilkin olaraq beh də vermişdi. Qulu bilirdi ki, atası vəsiyyəti çox uzaq gorənliklə etmiş, yas yerlərində ehsandan oki var yediyi üçün onun da ehsanindan dadmaq istəyənlər olacaq. Hələ Qulunun özünə neçə dəfə demişdilər ki, dünən filankəsin yasinda atana ayrıca qulluq etmişəm. Ona görə də ehsan gərək layiqli olaydı.
     
    Cəfər kişi də ölmək bilmirdi ki bilmirdi. Qulu hər dəfə atasının yatağına yaxınlaşanda kisidən ehtiyat edirdi ki, birdən atam məndən ehsanın siyahısını istəyər. Bu yazıq kişi can üstündə olduğundan gözləri bərələ qalmış, Qulu isə kişinin ona əsəbi oldugunu düşünmüşdü. Ertəsi günü Qulu ailəsini yanina çağıraraq asagi və kövrək səslə demisdi. Ay arvad gördün ki atam canını tapşırdı, heç kimə bir kəlmə demə. Çağır gəlim kişini yuxarıya, təmirli otaga qaldıraq, qibləyə yönəldək, sonra qonu-qonşuya bildirərik, Ala qapini da açıq qoyarsan, mən də basqa islərlə məşğul olaram. Qulu elə bunu demişdi ki küçədən Ay Qulu, ay Qulu deyə səs gəldi. Bu səs icranın kənddəki numayəndəsi Toğrulun səsiydi.

    Toğrulun yanındakilardan biri bələdiyyə sədri, biri isə polisdən idi. Sahə müvəkkilinin vacib işi çıxdığından yerinə bir nəfər serjant göndərmişdi.  Nə isə, salamlasandan sonra Toğrul vaxt itirmədən üzünü Quluya tutaraq demiş, Qulu, eşitmişik dədən bir neçə gündür nasazdır. Gəlmişik yuxarinin sözünü sizə deyək ki, dünəndən ehsan vermək qadağan edilib. Kim ehsan versə külli miqdarda cərimə olunacaq. Bunu eşidən Qulunun boğazı qurumuş, bir tərəfdən atası Cəfər kişini lənətləmiş ki, a belə filan oləniydin bir həftə qabaq öləydın, o biri tərəfdən iki yüz kiloluq congə üçün verdiyi beh, digər tərəfdən də ehsan gözləyənlərin qınağı onu lap narahat etmişdi. Handan hana özünə gələn Qulu üzünü Togrul müəllimə tutaraq atasının hələ canı çıxmadığını, bəlkə hələ yaşayacağını deyərək qonaqları yola salmışdı. 

    Artıq on gün çörək su görməyən kişinin nə vaxtsa öləcəyinə əmin olan Qulu ehsan verməyin yollarını axtarırdı. Dəqiq bilirdi ki verdiyi beh yuz faiz batacaq.

    Digər tərəfdən onu da bilirdi ki, ehsan verməsə yadlari demirəm, ən yaxın qohum əqrəba yazıq kişini gündə yüz dəfə gordan çıxarıb..., yenidən basdiracaqlar. Buna görə də nəsə etməliydi. Birinci gərək yuxarıları arxayın salsın. Buna görə də tələm tələsik Toğrul müəllimlə görüşüb onu arxayın salmışdı ki, üçü günü uzağı dovğa verəcək. Əslində Qulu dəqiq bilirdi ki, nümayəndə onun atasının yasinda iştirak etməyəcək. Bunu Cəfər kişi və oğlu Qulu özləri qazanmışdı.

    İkinci məsələ molla məsələsi idi ki, Qulu yaxşı bilirdi ki, mollasiz yas olmaz. Kəndin mollası bəstəboy, cantrax bir adam idi, elə Cəfər kişinin qonsulugunda yaşayırdı. Qulu əslində qonşuluğa görə arxayın idi ki, molla yasda iştirak edəcək. Cəfər kişi ölməmiş bu məsələnin də dəqiqləşdirilməsi vacib olduğundan Qulu molla ilə görüşüb məsləhətləsmisdi. molla da öz növbəsində yuxarıların qəzəbinə gəlməməsi üçün biri günü qəbirstanlığa qədər bütün tədbirləri həll edəcəyini, dəfndən sonra guya özünü pis hiss etdiyindən öz evinə gedəcəyini,  üç, yeddi və qırx bağlama məsələsini evində həll edəcəyini bildirmiş və Quluya bunun oysanata keçəcəyini inandirmisdir. 

    Vaxt gəldi Cəfər kişi canını tapşırdı. Kişinin vəsiyyətinə uyğun da yas mərasimi keçirildi. Üç mərasimində mən də iştirak etdim. Kişinin oğlu bir ehsan verdi ki, gəl görəsən, stolun üstündə bütün nemətlərdən var idi.

    Mən eysana əl vurmadigimdan mənimlə bir əyləşənlər də ancaq çayla kifayətləndilər. Amma qonşu stollarda əsl müharibə gedirdi. Bəziləri iri tutumlu dədə baba xörək qaşığını kənara qoyub barmaqlarına üstünlük vermişdi. Hətta acgözlüklə plov yeyən birisi barmaqlarını elə nizamlamisdir ki, bir çəngə ilə 4-5 qaşıq plovu rahatca ötürürdü. 

    Bax belə əzizlərim, yas mərasimi beləcə keçdi. Ölənlərə rəhmət. Arzu edək ki, toyların sayı cox olsun. Yas və ya toy mərasimləri, fərqi yox, çalışaq nəfsimizi qoruyaq!
    PAYLAŞ:

    Oxşar xəbərlər