Noyabrın 28-i saat 00:00-dan bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
LEQAL.AZ xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.
Eyni zamanda, Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb və bəzi məhdudiyyətlər tətbiq edilib.