Cənubi Qafqazın gələcəyi bölgə dövlətlərinin iradəsi ilə formalaşmalıdır

Cənubi Qafqazın gələcəyi bölgə dövlətlərinin iradəsi ilə formalaşmalıdır
  • Cəmiyyət

  • 28 aprel tarixində Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkiyanın Bakıda baş tutan görüşü ikitərəfli əlaqələrə, Cənubi Qafqazda və daha geniş regionda formalaşan yeni siyasi-iqtisadi düzənə böyük təkan verdi. Tarixi, mədəni və dini ortaq bağlarla birləşən bu iki qonşu dövlət, hazırda münasibətlərini qarşılıqlı maraqlara əsaslanan strateji əməkdaşlıq müstəvisinə qurur.


    Azərbaycan həmişə özünün qonşu dövlətləri ilə, o cümlədən İranla münasibətlərinin inkişafına üstünlük verib: "Biz həmişə regionda, o cümlədən qonşu dövlətlərdə sabitliyin, təhlükəsizliyin olmasından yana olmuşuq. Məhz ona görədir ki, İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev 3+3 formatını təklif edib. Regionda 3 dövləti və 3 qonşu dövləti, onlardan biri İran dövləti olubdur ki, biz 6-lıq formatında olan münasibətlərimizdə İranla əlaqələri yaxşılaşdırmağı açıq şəkildə bəyan etmişik. Biz qarşılıqlı şəkildə münasibətlərin inkişaf etdirilməsi ilə paralel olaraq, eyni zamanda ayrı-ayrı formatlarda münasibətlərimizin yaxşı olmasından yana olduğumuzu hər zaman qeyd etmişik. Mən düşünürəm ki. hazırkı mərhələdə İran-Azərbaycan münasibətləri çox yüksək səviyyədə inkişaf etməkdədir".


    Bu kontekstdə paytaxt Bakıda keçirilən görüşdən verilən açıq-aydın mesaj bu oldu ki, Cənubi Qafqazın gələcəyi bölgə dövlətlərinin iradəsi ilə formalaşmalıdır. Azərbaycan isə bu prosesdə həm sülhün təminatçısı, həm də real inkişafın təşəbbüskarı kimi çıxış edir.


    Hal-hazırda İran-Azərbaycan münasibətləri, əsasəndə İkinci Qarabağ müharibəsinin bitməsindən sonra xeyli inkişaf etməkdədir. Azərbaycan İranla qonşu dövlət olduğunu və Azərbaycan Prezidentinin, həmçinin dövlətin digər rəsmilərinin hər zaman qonşuluq münasibətlərinə üstünlük verdiyinin şahidi olmuşuq. Prezident İlham Əliyev hər zaman özünün qonşu dövlətlərlə bağlı çıxışı zamanı, o cümlədən İranla bağlı fikirlərini səsləndirərkən bərabərhüquqlu əməkdaşlığa, həmçinin normal qonşuluq siyasətinə üstünlük verdiyimizi dilə gətirib.


    Azərbaycanın ən böyük və ən strateji qonşularından biridir. İki ölkə arasındakı münasibətlərin inkişafı Azərbaycanın iqtisadi, ticarət və tranzit imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İranla əməkdaşlığın gücləndirilməsi idxal və ixrac əməliyyatlarından tutmuş, tranzit daşımaları, qarşılıqlı investisiya, turizm, mədəniyyət, təhsil və səhiyyə sahələrində əməkdaşlığa qədər geniş bir spektri əhatə edir. Bu əlaqələrin dərinləşməsi həm Azərbaycanın, həm də İranın milli maraqlarına tam cavab verir.


    Azərbaycan-İran dini, mədəni, tarixi və coğrafi dəyərləri bölüşdürən, eyni zamanda uzun müddət eyni dövlətin tərkibində olan xalqlar kimi Azərbaycan-İran xalqı bir-birinə qarşı daima hörmət, doğmalıq, həmçinin qonşuluq münasibətlərini sərgiləyiblər: "Bununla yanaşı nəzərə almaq lazımdır ki, İranda on milyonlarla Azərbaycan əsilli insanlar yaşayır. Bütün bu amillər bizi birləşdirən, bizi eyni mövqedən çıxış etməyə səsləyən amillərdir. İndiki mərhələdə biz qarşılıqlı təmasların və münasibətlərin şahidi oluruq. Novruz və Ramazan bayramlarında dövlət başçıları arasında təbriklərin səsləndirilməsi, eyni zamanda İranın yeni seçilən Prezidenti Məsud Pezeşkiyanın Azərbaycan Prezidentinə zəng etməsi, Pezeşkiyanın Azərbaycana səfəri ilə bağlı fikirləri səsləndirməsi, əslində bu münasibətlərin daha da inkişaf etdirmək niyyətindən xəbər verir.


     


    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis


     




    PAYLAŞ:

    Oxşar xəbərlər