Azərbaycan və Avropa komissiyası arasında energetika barəsində stratejik tərəfdaşlıq

Azərbaycan və Avropa komissiyası arasında energetika barəsində stratejik tərəfdaşlıq
  • Cəmiyyət

  •  "Azərbaycanın Avropanın, eləcə də dünyanın enerji təhlükəsizliyində mühüm rol oynadığı artıq qlobal səviyyədə bir reallıq olaraq qəbul edilir. Buna görə də rəsmi Bakı ilə enerji sahəsində əməkdaşlıq etməyə can atan ölkələrin sayı gündən-günə artır. Bu müsbət tendensiyanı bu günlərdə Bakıda keçirilən Cənubi Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası çərçivəsində müşahidə etdik".
           
    Sözügedən iclaslarda ilk dəfə Avropa İttifaqının energetika və mənzil tikintisi komissarının iştirak etməsi Brüsselin Cənub Qaz Dəhlizinə nə dərəcədə önəm verdiyinin əyani təzahürü idi:  "Təsadüfi deyil ki, Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı cənab Dan Yorgensen də elə həmin iclasda çıxışı zamanı bunu açıq şəkildə etiraf etmiş oldu. Heç kəsə sirr deyil ki, Rusiya-Ukrayna müharibəsi başlayandan etibarən Azərbaycanın Avropanın enerji bazarında yeri və rolu daha da artıb. Ölkəmizin Avropanın enerji bazarında mühüm aktor rolu oynaması hər ötən gün özünü daha aydın şəkildə göstərir.
    Avropalı nazirin də dediyi kimi üç il əvvəl Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi və enerji ticarətinin onun tərəfindən silaha çevrilməsi Avropanın enerji bazarının əsaslarını tam dəyişdi və qoca qitənin enerji sistemində böyük dəyişikliyə səbəb oldu. Həmin çətin vaxtlarda Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı kimi öz rolunu gücləndirdi. 2020-ci ildə Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəql olunmağa başladı".

    Avropa İttifaqı ilə qeyd edilən sahədə əməkdaşlığın inkişaf etdirilməsi alternativ enerji mənbələrinin müəyyən edilməsi, bu sahədə gələcək əməkdaşlığın qurulması üçün də zəmin və yeni imkanlar yaradıb: "Cənubi Qafqaz ilə Avropa İttifaqı arasında yaşıl enerji dəhlizinin qurulması üzərində iş gedir. Avropalı komissarın da qeyd etdiyi kimi bu istiqamətdə müxtəlif texnologiya və fərqli marşrutlardan istifadə etmək barədə müxtəlif konkret ideyalar var. Azərbaycanın enerji səmərəliliyi və bərpaolunan enerji istiqamətində səyləri qarşıdakı illərdə ixrac bazarları üçün daha çox qazı əhəmiyyətli dərəcədə əlçatan edə bilmək potensialına malikdir. Avropa İttifaqı Xəzər dənizində külək enerjisi texnologiyası da daxil olmaqla Azərbaycanın böyük potensialını inkişaf etdirmək üçün onunla əməkdaşlığı gücləndirməyə hazırdır".

     

    Namiq Ağayev,
    Masallı Dövlət Regional Kollecinin direktor müavini


    PAYLAŞ:

    Oxşar xəbərlər