
Üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək. Bunun üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır.
Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi. Gəncə şəhərində isə 7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün əlbəttə ki, şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi
MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar-deyə dövlətimizin başçısı vurğulayıb.
Növbəti il Azərbaycanda III MDB oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Məlumdur ki, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur və Azərbaycan COP -29 ev sahibliyi edəcək.
Bu məqsədlə artıq silsilə tədbirlər başlayıb. COP-29 çərçivəsində görüşlər baş tutur. Azərbaycan növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək. Prezident bu barədə vurğuladı ki, 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarına bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk. Azərbaycan prezidentinin xalqımızın İkinci Dünya müharibəsində qələbəsində mühüm rolunu qeyd etməsidir.
Prezident İlham Əliyev Azərbaycanın SSRİ-dəki önəmli yerindən bəhs edərək bildirmişdi: “Azərbaycan İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında sanballı töhfə verib.
Həmin dövrdə 3 milyon 400 min əhali olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 %-ni, hərbi texnika üçün yağların 96 % -ni tədarük edib.
Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub. Bakıda 44 hərbi hospital fəaliyyət göstərirdi. 1942-ci ilin martında həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar.”Prezident bildirdi ki, 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldular.
Ceyhun Hüseynov,
Masallı RMX İƏ üzrə mütəxəssis