Dövlət Dəniz və Liman Agentliyindən gəmilərə

Dövlət Dəniz və Liman Agentliyindən gəmilərə
  • Cəmiyyət / Maraqlı

  • Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

    Leqal.az xəbər verir ki, xəbərdarlığa əsasən, bu gün  Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan cənub-şərq,cənub küləyi şimal-qərb, şimal küləyi ilə əvəz olunacaq. 

    Belə ki, gün ərzində küləyin sürətinin  18-23 m/s, arabir 25-30m/s-dək güclənəcəyi gözlənilir.  

    Dalğanın hündürlüyünün isə 2.0-3.0m, sonrakı inkişafda 4.0-6.0 m.çatacağı proqnozlaşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər