Konstitusiya dövlətin ali qanunudur.Ali hüquqi qüvvəyə malikdir.Dövlətin siyasi, iqtisadi və hüquqi əsaslarını təsbit edir.Vətəndaşların hüquq və azadlıqlarını elan edir, zəmanət verir.
Konstitusiya hər bir dövlətin qanunlar məcmusudur və bu qanunlara əməl etmək hamı üçün vacib məsələdir.Ölkə başçıları andiçmə mərasimində konstitusiya kitabına əl basıb and içməsi bu kitabın nə qədər ali olduğunun bariz nümunəsidir.
Konstitusiya xalq tərəfindən qəbul edilir. Azərbaycan Respublikasının Konstitusiyası da ümumxalq səsverməsi-referendum vasitəsilə təsbit olunmuşdur. Müstəqil Azərbaycan Dövlətinin ilk Konstitusiyası 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmışdır.Bunun üçün o, xüsusi komissiya yaratmış,layihə ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də qəbul edilmiş,noyabrın 27-də qüvvəyə minmişdir.Bu Konstitusiya Müstəqil Azərbaycanın birinci, ümumilikdə Respublikanın dördüncü konstitusiyasıdır.
Azərbaycanın ilk konstitusiyası 1921-ci ildə qəbul olunmuşdur.İkinci 1925-ci il, üçüncü konstitusiya isə 1978-ci ildə qəbul edilmişdir.Lakin bu qanunlar sovet konstitusiyasına uyğunlaşdırılmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra yeni konstitusiya zərurəti yaranmışdır.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.Növbəti illərdə isə bu maddələrdə xalq səsverməsi əsasında müəyyən dəyişikliklər edilmişdir.
30 ilə yaxındır ki, 12 Noyabr iş günü olan bayram günlərindən biri kimi qeyd olunur.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi, insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərində ümdə vəzifələr qoydu. Əsas Qanunda dövlətin müstəqilliyini, süverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi,dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşdırılmasını təmin etmək kimi nailiyyətlər təsbit olunmuşdur.Maddələrin əksəriyyəti insanın hüquq və vəzifələrinə həsr olunmuşdur.Qanunda dilindən, irqindən, millətindən asılı olmayaraq bütün Azərbaycanda yaşayan vətəndaşların hüquqları müəyyən olunmuşdur.
Ötən illər ərzində ölkəmizin sürətli inkişafı və yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına da bir neçə əlavələr edilmişdir.2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə yeni qanun və təkliflər hazırlanmışdır. Bura dövlət hakimiyyəti, bələdiyyələr, məhkəmələr və digər sahələri aid etmək olar.
Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan konstitusiya Məhkəməsi isə 1998-ci ildə yaradılmişdır.
Konstitusiyamızda, demək olar ki, bütün sahələr üzrə qanunlar insan amili əsas tutulmaqla hazırlanmışdır.Bu qanunlar Azərbaycan dövlətinin ,Azərbaycan millətinin rifahına, inkişafına xidmət edir. Azərbaycan Respublikası Konstitusiyada tolerantlığı, dünyəviliyi, milliliyi vəhdətdə götürmüşdür.
Sevindirici haldır ki, Ali Baş Kimandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz qələbə qazandı.Cəmi 44 günə ölkəmizin ərazi bütövlüyü bərpa olundu.Ata-baba yurdundan didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünlərimizin də konstitusion hüququ bərpa edilmişdir.
Xalqımızın düşmən üzərində Möhtəşəm Zəfəri sayəsində artıq üçüncü ildir ki, 12 Noyabr Konstitusiya Günü ölkəmizin hər bir vətəndaşı tərəfindən daha sevinclə, qürurla və iftaxar hissi ilə qeyd edilir.
Abbasova Sima,
Masallı rayon Mahmudavar kənd tam orta məktəbi