“Azərbaycanın müdafiə sənayesi kompleksində son illərdə yeni silahların istehsalına başlanılıb. Belə ki, dövrə uyğun olaraq idarə olunan döyüş sursatlarının, eləcə də silahların istehsalı istiqamətində Müdafiə Sənayesi Nazirliyi tərəfindən məqsədyönlü işlər aparılır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri Məmmədsaleh Əliyev söyləyib.
Şöbə müdiri əlavə edib ki, hazırda onlarla yeni növ silah yaradılıb və seriyalı istehsala verilib: “Bunlara misal olaraq, 120 millimetrlik minaatanı misal göstərə bilərik.
Minaatanın çəkisi yüngülləşdirilib, atış mənzili artırılıb, çətin relyefli ərazilərə daşınması daha rahat olub. Eyni zamanda, müxtəlif çaplı pulemyotların, avtomatların təkmilləşdirilməsi, PUA-ların yeni modifikasiyaları, yeni lazer topları Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində layihələndirilir və istehsalı istiqamətində əməli tədbirlər həyata keçirilir”.